Estoniya mətbuatı “Zirə” matçı öncəsi: “Qafqaz “Payde”yə düşərlidir”

30.07.26 | 15:30
Ölkə futbolu

Tbilisinin “Dinamo”su və Ermənistanın “Ararat” sədlərini aşan “Payde”, indi də “Zirə” ilə matçda növbəti mərhələyə adlamaq üçün heç-heçəyə də razıdır. Zəhmli Qafqaz səfərləri Estoniya təmsilçisinə düşərli gəlir, bəs niyə bu uğur Bakıda da təkrarlanmasın?

İdman jurnalistikası adətən  şablonlarla doludur: “ev və səfər oyunları fərqlidir”, “iqlim ağırdır”, “yol yorucudur”. Lakin dörd il əvvəl “Payde” üçün bu bəhanələrin heç bir əhəmiyyəti yox idi. Həmin vaxt Gürcüstanda 3:2 hesablı dramatik qələbə qazanan, üç həftə sonra isə İrəvanda 0:0 oynayan estonlar hər iki rəqibini avrokuboklardan kənarlaşdırmışdılar. Nə uzaq məsafə, nə də bürkü hava onların qarşısını ala bildi – komanda sadəcə meydanda lazım olan nəticəni qazandı.

İndi isə “Payde” Bakıya ilk matçdakı 1:0 hesablı vacib üstünlüklə gəlib. Bu standsart isə o deməkdir ki, çıxılmaz vəziyyətdə olan və risk etməyə məcbur qalan taraf Estoniya klubu yox, məhz meydan sahibi “Zirə”dir. Bu psixoloji üstünlük komandanı ruhlandıracaq, yoxsa arxayınlaşdıracaq? Məşqçi Tarmo Kink bunlara məhəl qoymur; o, futbolçularını meydana yalnız öz oyunlarını nümayiş etdirmək tapşırığı ilə çıxarır.

Komandanın özünəinamı ilk matçın təəssüratlarına söykənir. Həmin qarşılaşma böyük həyəcanla başlamışdı: qapıçı Ebrima Carcunun seyfindən bir neçə saniyə sonra “Payde”nin qapı dirəyi silkələndi. Lakin estonlar “Zirə”nin bu kəskin hücum dalğasına tab gətirdi, dəqiqələr keçdikcə oyuna nəzarəti ələ aldı və sonunda tam layiq olduğu qələbə qolunu vurdu.

Daxili çempionatda hansı problemlərlə üzləşməsindən asılı olmayaraq, “Payde” hər il avrokuboklarda xarakter göstərməyi və maksimumunu ortaya qoymağı bacarır.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19