Argentina təmsilçisi “Tiqre”nin azarkeşlərini daşıyan avtobus Cənubi Amerika Kubokunun 1/16 final mərhələsində Uruqvayın “Nasional” klubu ilə səfər oyunundan sonra silahlı hücuma məruz qalıb.
Montevideoda keçirilən və “Tiqre”nin 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra Buenos-Ayresə yola düşən azarkeş avtobusuna gecə saatlarında bir neçə dəfə atəş açılıb. Hadisə nəticəsində bir azarkeş hər iki qolundan yaralanaraq xəstəxanaya yerləşdirilib.
Klub yaralının xəstəxanadan buraxılmasından sonra onun Buenos-Ayresə təhlükəsiz şəkildə çatdırılmasını təşkil edib.