Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, Xosep Qvardiola İtaliya Futbol Federasiyasının milli komandaya rəhbərlik etmək təklifini geri çevirib. “Mançester Siti”dən ayrıldıqdan sonra istirahətə çəkilən və ailəsinə vaxt ayırmaq istəyən ispaniyalı mütəxəssis hələ ki böyük futbola qayıtmağa hazır deyil.
DÇ-2026-ya vəsiqə qazana bilmədiyi üçün Cennaro Qattuzo ilə yolları ayıran İtaliya tərəfi Qvardiola üçün mövcud büdcə limitlərini belə aşmağa hazır olduğunu bildirsə də, təcrübəli məşqçini razı sala bilməyib. “Skuadra Adzurra” baş məşqçi axtarışlarını davam etdirir.