Çempionlar Liqası: “Sabah” tam üstün olduğu oyunda minimal hesablı qələbə qazandı

22.07.26 | 00:28
Ölkə futbolu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Sabah” öz meydanında Finlyandiyanın “KuPS” klubunu qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma Valdas Dambrauskasın yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça gözlənildiyi kimi fəal başlayan “bayquşlar” ilk dəqiqələrdən rəqib qapısı qarşısında kəsərli hücumlar təşkil etdilər. Velko Simiç, Coy-Lans Mikkels və Aleksey İsayevin yaxın məsafədən zərbələri hədəfdən yayınsa da, meydan sahibləri təzyiqi azaltmadı.

Matçın 32-ci dəqiqəsində Umarali Rəhmonalıyev topu torla qovuşdursa da, VAR müdaxiləsindən sonra baş hakim V.Simiçin hücumda qayda pozuntusuna yol verdiyini bildirərək qolu ləğv etdi. Buna baxmayaraq, “Sabah” ilk hissəyə əlavə olunmuş dəqiqələrdə (45+1) istəyinə çatdı. İvan Lepinjitsanın cərimə meydançası xətti boyunca ötürməsini Velko Simiç bir toxunuşla qapıya göndərdi – 1:0.

Fasilədən sonra da oyunun sükanını əldə saxlayan Masazır təmsilçisi Rəhmonalıyev, Mikkels və sonradan meydana şıxan Ksander Seferina ilə fərqi artırmağa çox yaxın olsa da, son zərbələrdə dəqiqlik çatmadı. Qonaqların heyətində isə Tommi Yuryu və Xayme Moreno sarı vərəqə ilə cəzalandırıldılar.

Görüşün statistik göstəriciləri də “Sabah”ın meydandakı mütləq üstünlüyünü aydın şəkildə üzə çıxarır. Bütün oyun boyunca təşəbbüsü eldə saxlayan Masazır təmsilçisi topa sahibolma nisbətində 64%-ə 36%-lik ciddi fərq yaradıb. Rəqib qapısı qarşısında ardıcıl təhlükələr yaradan “bayquşlar” ümumi zərbələrin sayında (18–5), eləcə də çərçivəyə dəqiq zərbələrdə (4–1) “KuPS”u böyük fərqlə üstələyiblər. Qonaqların hücumda nə dərəcədə kəsərsiz qaldığını göstərən əsas məqam isə onların Stas Pokatilovun qoruduğu qapıya ilk və yeganə dəqiq zərbəni yalnız 71-ci dəqiqədə endirə bilmələridir.

Dominant oyuna rəğmən “Sabah”ın daha böyük hesablı qələbə şanslarını boşa verib minimal üstünlüklə kifayətlənməsi finlyandiyalılara cavab qarşılaşması üçün ümid yeri saxlayır. Bütün oyun boyu müdafiə olunmağa məcbur qalan “KuPS” düşərgəsi 0:1 hesablı yenilgini faciə hesab etmir və mərhələ taleyini doğma azarkeşləri önündə həll etməyə çalışacaq.

Komandalar arasında cavab qarşılaşması iyulun 28-də Finlyandiyanın Kuopio şəhərində keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanacaq.

UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi (ilk oyun)

Sabah” (Azərbaycan) – “KuPS” (Finlyandiya) 1:0 (1:0)

Qol: Velko Simiç, 45+1 (1:0)

“Sabah”: Stas Pokatilov (k), Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinjitsa, Umarali Rəhmonalıyev, Aleksey İsayev (Orfe Mbina, 66), Kahim Perris (Ksander Seferina, 66), Velko Simiç, Coy-Lans Mikkels.

 “KuPS”: Yoxannes Kraydl, Braima Maqassa, Kasim Nuhu, Akseli Puukko, Klinton Antvi (Taneli Xyamyalyaynen, 67), Valentin Qask (Niylo Kuyasalo, 82), Petteri Pennanen (k), Qustav Enqvall (Sayku Turay, 46), Tommi Yuryu, Bob Arma (Coslin Luyeye-Lutumba, 61), Petr Pajışek (Xayme Moreno, 61).

Baş hakim: Lukaş Kujma (Polşa)

Sarı vərəqələr: Kahim Pərris (50) – Tommi Yuryu (47), Xayme Moreno (77)

Məkan: Masazır, “Bank Respublika Arena” stadionu

Paylaş:

Xəbər Lenti

“Neftçi” Belarus sınağı önündə

22.07.26 | 02:03

Aydın Süleymanlı həlledici mərhələyə heç-heçə ilə bqədəm qoydu

22.07.26 | 02:05

“Favorit kimdir?” – Vernidub Minsk “Dinamo”su ilə matçdan əvvəl danışdı

22.07.26 | 02:37

Emin Mahmudov: “Hazırda bütün fikrimiz Minsk “Dinamo”sundadır”

22.07.26 | 01:02

“Dinamo”nun baş məşqçisi: “Neftçi”nin səviyyəsi yüksəkdir”

22.07.26 | 01:11

Miika Nuutinen: “Böyük hesabla uduzmamağımızda bəxtimiz gətirdi, amma ümidimiz qalır”

22.07.26 | 01:27

Valdas Dambrauskas: “Qol tortun üzərindəki albalı kimidir”

22.07.26 | 01:53

Çempionlar Liqası: “Sabah” tam üstün olduğu oyunda minimal hesablı qələbə qazandı

22.07.26 | 00:28

​“Zirə”dən növbəti transfer: Kot-d’İvuar hücumçusu heyətə qatıldı

21.07.26 | 17:52

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11