Fransanı gözləyən “Mərakeş qorxusu”: Qələbə sevinci yoxsa kütləvi xaos?

09.07.26 | 01:51
Dünya futbolu

Dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Fransa – Mərakeş matçı öncəsi Parisdə və ölkə daxilində xüsusi təhlükəsizlik əməliyyatlarına start verilib. Keçmişdə baş verən kütləvi iğtişaşların təkrarlanmasını istəməyən Fransa hakimiyyəti qarşıda duran oyunu “yüksək riskli tədbir” kateqoriyasına daxil edib.

Xatırladaq ki, DÇ-2022-nin yarımfinalındakı analoji matçdan sonra baş verən qarşıdurmalarda 266 nəfər (167-si Parisdə) həbs olunmuşdu. Bu il Çempionlar Liqasının finalında PSJ-nin “Arsenal” üzərindəki qələbəsindən sonra isə xaos daha da böyümüşdü; *”The Athletic”*in məlumatına görə, ölkə üzrə 900-dən çox şəxs saxlanılmış, yüzlərlə insan xəsarət almışdı. Mümkün kütləvi iğtişaşların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi profilaktik tədbirlərin gücləndirilməsi barədə xüsusi göstəriş verib. “Le Parisien” xəbər verir ki, Paris polisi asayişə nəzarəti təmin etmək üçün havadan dronlardan istifadə edəcək, eyni zamanda pirotexniki vasitələrin və atəşfəşanlıq məhsullarının satışı ilə daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunacaq. Hələ turnir başlamazdan əvvəl ölkəboyu iğtişaş riski ilə bağlı xəbərdarlıq edən polisiya idarəsi, “Le Monde” qəzetinin yazdığına görə, təhlükəsizlik tədbirlərini maksimum həddə çatdırıb.Fransa hüquq-mühafizə orqanları bütün imkanları səfərbər edərək prinsipal matçın idman bayramı çərçivəsində keçməsini və yeni xaosun yaranmamasını hədəfləyir.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13