Meksika qələbələrlə davam edir

01.07.26 | 08:17
Dünya futbolu

Qrup mərhələsini yüzfaizlik nəticə ilə başa vuran Meksika dünya çempionatının 1/16 finalında yalnız son turda Almaniya üzərində əzmkar qələbə qazanaraq pley-offa vəsiqə əldə etmiş Ekvadoru da məğlub etdi. Meydan sahibləri oyuna fəal başladılar, rəqibi dərhal öz qapısı qarşısında sıxışdırdılar və bir neçə təhlükəli hücum təşkil etdilər. Raul Ximenes Romonun uzaq dirəyə ötürdüyü asmanı başla tamamlayarkən qapıya dəqiq zərbə endirə bilmədi. Ardınca Mora uzaq küncə yönəltdiyi zərif zərbə ilə qol vurmağa çox yaxın oldu. Cənubi amerikalılar Yeboanın cərimə meydançasına daxil olması ilə cavab verdilər, lakin qapıçı Ranxel barmaqlarının ucu ilə topu dirəyə yönəltməyi bacardı.

Birinci hissənin ortalarında “yaşıllar” hesabı açdılar. Sürətli əks-hücum zamanı Kinyones cərimə meydançasına daxil olaraq yaxın küncə dəqiq zərbə vurdu və qapıçını hazırlıqsız yaxaladı. Az sonra isə Ordonyezsn səhvindən yararlanan Kinyones məhsuldar ötürmə verdi, Raul Ximenes isə topu doqquzluğa göndərərək hesab arasındakı fərqi artırdı.

Fasilədən sonra Meksika yığması daha çox müdafiədən oynamağa üstünlük verdi və əks-hücumlarda təhlükə yaratmağa davam etdi. Belə hücumlardan biri künc zərbəsi ilə nəticələndi. Montesin baş zərbəsindən sonra Qalindes topu dirəyin altından çıxarmağı bacardı. Kevin Rodriges hesab arasındakı fərqi azalda bilərdi, lakin qapıçı Ranxelin vaxtında irəli çıxması ona dəqiq zərbə vurmağa imkan vermədi.

Oyunun sonlarında Ekvador İnkapyenin intizamsız davranışına görə azlıqda qaldı və bundan sonra komandanın vəziyyəti xilas etməsi artıq mümkün görünmürdü.

Dünya Kuboku, 1/16 final

Meksika – Ekvador 2:0
Mexiko. «Asteka» stadionu. 80824 tamaşaçı.
Hakim: Slavko Vinçiç (Sloveniya)
Meksika: Ranhel, Xorxe Sançes, Montes, Vaskes, Qalyardo, Mora (Qutyerres, 59), Lira, Romo (Varqas, 74), Alvarado (Reyes, 80), Raul Ximenes (Santyaqo Ximenes, 74), Kinyones (Pineda, 80).
Ekvador: Qalindes, Fransko (Presyado, 46), Ordonyes (Medina, 46), Paço, İnkapye, Yeboa (Xordi Kaysedo, 79), Moyses Kaysedo, Vite, Anqulo (Paes, 79), Plata, Valensiya (Rodriqes, 59).

Qollar: Kinyones, 22. Raul Ximenes 31.

Sarı vərəqə: Franko, 45+1. Paes, 90+3. M. Kaysedo, 90+9.
Qırmızı vərəqə: İnkapye, 90+5.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46