Bu gün kişilərlə voleybol üzrə Azərbaycan milli komandası Avropa Liqasında sonuncu — altıncı oyununu keçirəcək. Boris Qrebennikovun yetirmələri Bakıda Portuqaliya seçməsini qəbul edəcək.
Bu qarşılaşma “milli” üçün turnirdə ilk qələbəsini qazanmaq adına son şansdır. Xatırladaq ki, komandamız daha öncəki oyunlarda ardıcıl uğursuzluqlarla üzləşib: Yunanıstan (0:3), İsveç (0:3), Rumıniya (0:3), İspaniya (0:3), Macarıstan (1:3).
Hazırda hesabında xal olmayan voleybolçularımız 27 komanda arasında 22-ci pillədə qərarlaşıb.