Almaniyadan dramatik qələbə: Undav “Bundestim”i xilas etdi

21.06.26 | 10:47
Dünya futbolu

DÇ-2026-ya Küraçao üzərində 7:1 hesablı darmadağınla başlayan Almaniya, qrup mərhələsinin ikinci turunda Kot-d’İvuarla üz-üzə gəldi. Afrika təmsilçisi ilk oyunda Ekvadoru minimal hesabla (1:0) məğlub etdiyi üçün bu qarşılaşma hər iki komanda üçün liderlik uğrunda prinsipial əhəmiyyət kəsb edirdi.

Matça ərazi üstünlüyü ilə başlayan almanlar ilk təhlükəli epizodu 10-cu dəqiqədə yaratdılar. Yozua Kimmixin sağ cinahdan ötürdüyü topu Kai Haverts başla qapıya göndərsə də, rəqib qapıçı Yahya Fofana qola icazə vermədi.

Hissənin ortalarında Aleksandar Pavloviç künc zərbəsindən sonra topu tora daxil etsə də, qarşılaşmanın baş hakimi qapıçıya qarşı qayda pozuntusu əsas gətirərək qolu qeydə almadı. Bu epizodun ardınca isə afrikalılar hesabı açmağı bacardılar. Diallonun zərbəsindən sonra müdafiədən qayıdan topa hamıdan tez reaksiya verən Frank Kessye, cinahdan gələn ötürməni dəqiq zərbəylə tora qovuşdurdu. “Bundestim” fasiləyə qədər cavab qolu üçün rəqib qapısına yüklənsə də, hücumları nəticə vermədi.

İkinci hissənin əvvəlində Kot-d’İvuar Kessye və Ulainin ifasında təhlükəli əks-hücumlarla fərqi artırmağa yaxın olsa da, Almaniya müdafiəsi təhlükəni sovuşdurmağı bacardı. Bundan sonra təşəbbüsü tamamilə ələ alan Yulian Naqelsmanın yetirmələri hücum xəttində dəyişikliklərə əl atdılar və bu gedişlər öz bəhrəsini verdi. Oyuna sonradan daxil olan Nadiem Amirinin sağ cinahdan asmasını “ənənəvi ehtiyat oyunçu”  Deniz Undav qola çevirərək tarazlığı bərpa etdi.

Matçın son dəqiqələrində Kot-d’İvuarın heyətində Simon Adingra hesabı komandasının xeyrinə dəyişmək üçün ideal şansı boşa verdi. Futbolun yazılmamış qanunu olan “vurmayana vurarlar” prinsipi özünü çox gözlətmədi.

Uzatma dəqiqələrində Fofananın ardıcıl seyvlərinə baxmayaraq, Almaniya təzyiqi dayandırmadı. Feliks Nmeçanın incə və mükəmməl ötürməsindən sonra Deniz Undav dublunu rəsmiləşdirərək almanlara dramatik və vacib qələbəni qazandırdı.

Dünya kuboku. E qrupu, 2-ci tur

Almaniya – Kot-d’İvuar – 2:1

Qollar: Undav, 68, 90+4 – Kessye, 30.

Baş hakim: Xuan Qabriel Benites (Paraqvay)

Almaniya: Noyer, Kimmix, Ta, Şlotterbek (Rüdiger, 46), Braun, Pavloviç (Amiri, 70), Nmeça, Sane (Levelinq, 60), Musiala (Undav, 60), Virts, Haverts (Qoretska, 85).

Kot-d’İvuar: Ya. Fofana, Sinqo (Due, 82), Kossunu, Aqbadu, Konan, Diallo (Adinqra, 75), Kessye, Sanqare (S. Fofana, 75), Ya. Diomande (Pepe, 82), Bonni (Gessan, 75), Ulai.

Stadion: “BMO Fild” (Toronto, Kanada) 

Paylaş:

Xəbər Lenti

Marselo Byelsa DÇ-2026-dakı su fasilələrindən narazıdır

21.06.26 | 12:44

Seyidcəmşid Cəfərov dünya kubokunun qalibi oldu!

21.06.26 | 12:40

Voleybol yığmamız Avropa Liqasında son matçına çıxır

21.06.26 | 12:11

Tunis DÇ-2026 ilə erkən vidalaşdı: 52 illik antirekordun təkrarı

21.06.26 | 12:06

Tunis yenə böyük hesabala uduzdu

21.06.26 | 11:19

Kürasao tarixi xalını qazandı

21.06.26 | 10:39

Almaniyadan dramatik qələbə: Undav “Bundestim”i xilas etdi

21.06.26 | 10:47

Norveç millisi mundiala 400 kq-dan çox ərzaqla gəlib!

21.06.26 | 10:57

Niderland İsveçə aman vermədi

20.06.26 | 22:37

Qurban Qurbanov: “Ciddi transfer işləri aparılır, gələnlər də olacaq, gedənlər də”

20.06.26 | 22:51

Rəşad Sadıqov: “Turan Tovuz”un cəzalanacağını əvvəlcədən bilsəydik, yaxşı olardı”

20.06.26 | 22:19

“Zirə” qapı xəttini braziliyalı qolkiperlə gücləndirdi

20.06.26 | 22:43

“Qarabağ” mövsümün ilk sınağında “Zirə” ilə qarşılaşdı

20.06.26 | 22:11

Voleybol millimiz Avropa Liqasını məğlubiyyətlə başa vurdu

20.06.26 | 22:48

İspanlar çempionluq formulunu dəyişmir: Uğur yoxdursa, mükafat da yoxdur

20.06.26 | 22:38

Braziliya prezidentindən Neymara atmaca: “O, distant iş rejiminə keçib”

20.06.26 | 22:33

Boksçularmızndan Dünya Kubokunda bir final, iki bürünc

20.06.26 | 18:52

Montella məğlubiyyətdən danışdı, Gülər üzr istədi: Türkiyə tarixi antirekordla DÇ ilə vidalaşdı

20.06.26 | 18:23

DÇ-2026-da yeni İvana Knoll çılğınlığı: Meksikalı model tribunaları fəth etdi

20.06.26 | 18:49

“Odlar Yurdu” və Şəhriyar Məmmədyarov 1/8 finalda

20.06.26 | 18:45