DÇ-2026-da yeni İvana Knoll çılğınlığı: Meksikalı model tribunaları fəth etdi

20.06.26 | 18:49
Dünya futbolu

Meksika yığması mundialın pley-off mərhələsinə vəsiqəni təmin edən ilk komanda oldu. Xavyer Aqirrenin yetirmələri Cənubi Koreya üzərində minimal hesabla qələbə qazansa da, nümayiş etdirilən oyun azarkeşləri tam qane etməyib. Ancaq hazırda dünya mediası komandanın oyunundan daha çox, tribunadakı bir azarkeşini müzakirə edir. Həmin xanımın DÇ-2022-nin ulduzu İvana Knollun uğrunu təkrarlayacağı gözlənilir.

Meksikanın ən tanınmış idman influenserlərindən olan Fraydey Frida millinin oyununu tribunadan izləyib. Onun fərqli geyimi dərhal yayım operatorlarının diqqətini çəkib. Cənubi Koreya ilə matç zamanı rejissorlar kameranı dəfələrlə Frida tərəfə yönəldiblər və o, qısa müddətdə sosial şəbəkələrdə fırtına qoparıb.

Modelin əynində Meksikanın milli rənglərini və ənənəvi motivlərini əks etdirən dar korset, dizdən yuxarı uzun çəkmələr və uzun əlcəklər olub. O, əlindəki Meksika bayrağı ilə bəzən bədəninin açıq hissələrini örtməyə çalışıb.

Futbol mövzulu paylaşımları ilə öz brendini quran Frida, matçdan sonra emosiyalarını bu sözlərlə ifadə edib: “Bu gecə baş verənlər tam bir çılğınlıq idi və bu anlar ürəyimdə əbədi qalacaq. Bütöv bir ölkəni eyni ehtiras ətrafında birləşmiş görmək insana inanılmaz eyforiya, həyəcan və xoşbəxtlik bəxş edir”.

Şübhəsiz ki, meksikalı influenser Qətərdəki dünya çempionatında xorvatiyalı İvana Knollun qazandığı qlobal populyarlığı təkrarlamaq niyyətindədir. Yeri gəlmişkən, Knoll özü də builki mundialda Xorvatiya millisini dəstəkləmək üçün tribunadadır və onun geyim tərzi yenidən müzakirə mövzusuna çevrilib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46