Paytaxt klubunun rəsmi saytının məlumatına gğrə “ağ-qaralar” braziliyalı yarımmüdafiəçi Qustavo Klismanı rənglərinə bağlayıb. 26 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb. Yeni transfer paytaxt təmsilçisində 20 nömrəli formanı geyinəcək.
Klismanın son komandası Portuqaliya “Santa-Klara”sı olub. O, bu klubun heyətində meydana çıxdığı 74 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.