“Qəbələ” heyətində dəyişikliklərə gedib. Klubun rəsmi saytının yaydığı məlumata görə, “qırmızı-qaralar” üç futbolçu ilə vidalaşıb.
Müqavilə müddəti başa çatan hücumçu İbrahim Sanqare və müdafiəçi Rüfat Axmedov klubdan ayrılıblar. Bundan əlavə, Cənubi Аfrikanın “Stellenboş” klubundan icarəyə götürülmüş müdafiəçi Turan Manafovun da icarə müddəti başa çatdığı üçün o, komandadan ayrılıb.