İranda futbol coşqusu və viza qeyri-müəyyənliyi

14.05.26 | 17:24
Dünya futbolu

İranın iyunun 11-də start götürəcək mundialda iştirakı ilə bağlı müəyyən şübhələr olsa da, minlərlə azarkeş Tehrandakı İnqlab meydanına axışaraq milli komandaya böyük sevgi nümayiş etdirib. Turnir öncəsi hazırlıq məqsədilə Türkiyəyə yollanan futbolçular paytaxtda təntənəli şəkildə yola salınıblar.

İran Futbol Federasiyasının (FFIRI) prezidenti Mehdi Tac dövlət televiziyasına açıqlamasında azarkeşlərin dəstəyini yüksək qiymətləndirib: “Bu, qatıldığımız son dörd dünya çempionatı öncəsi yaşadığımız ən yaxşı vida mərasimidir. Azarkeşlər bura ləyaqət, şərəf və güclü ruhla gəliblər. Nəticədən asılı olmayaraq, arzumuz İran bayrağının hər zaman yüksəklərdə dalğalanmasıdır”.

İran DÇ-2026-ya vəsiqəni ilk təmin edən ölkələrdən biri olsa da, regiondakı siyasi vəziyyət komandanın iştirakını sual altına qoyub. Xüsusilə fevralda ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələrindən sonra İranın Şimali Amerikaya gedib-getməyəcəyi proqnozlaşdırılması çətin məsələyə çevrilib.

Federasiya rəhbəri Mehdi Tacın özünə də bir müddət əvvəl Kanada tərəfindən viza qadağası qoyulub. FFIRI-nin baş katibi Hidayət Mombeini viza məsələsi ilə bağlı nikbinliyini qorumağa çalışsa da, narahatlığını gizlətməyib: “Hazırda vizalarla bağlı konkret məlumatımız yoxdur. Ümid edirik ki, bu məsələ vaxtında həll olunacaq. FİFA bizə müəyyən vədlər verib və bütün oyunçularımızın vizalarını vaxtında alacağını gözləyirik”.

İran millisi hazırlıq çərçivəsində mayın 29-da Antalyada Qambiya ilə yoldaşlıq oyunu keçirəcək. Federasiya Türkiyə toplanışında daha bir yoxlama görüşü təşkil etməyə çalışır.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27