“Emireyts”də final həyəcanı: 20 illik həsrət sona çatacaq?

05.05.26 | 08:36
Dünya futbolu

Avropanın ən nüfuzlu klub turnirində ilk finalçının adına bu axşam Londonda aydınlıq gələcək. “Arsenal” doğma divarlar arasında Madridin “Atletiko” klubunu sınağa çəkəcək. İspaniya paytaxtındakı ilk qarşılaşmada qeydə alınan 1:1 hesablı heç-heçə bütün sualların cavabını “Emireyts” stadionuna saxlayıb.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandadakı əhval-ruhiyyənin pik həddə olduğunu vurğulayıb. London təmsilçisinin sonuncu dəfə düz 20 il əvvəl Çempionlar Liqasının finalında oynadığını xatırladan ispan mütəxəssis, azarkeş amilinin həlledici olacağına inandığını deyib: “20 ildən sonra yenidən bu səviyyəyə yüksəlmək üçün klub və komanda olaraq böyük fədakarlıqlar etmişik. Arenada inanılmaz bir enerji hiss edirəm. Azarkeşlərimizin dəstəyi ilə istədiyimiz futbolu sərgiləyib, adımızı finala yazdırmaq istəyirik”.

Londonlular üçün ən sevindirici xəbər isə zədəsini sağaldan Kay Haverts və kapitan Martin Edeqorun matça tam hazır olmasıdır. Artetanın da qeyd etdiyi kimi, heyətdəki bu “taktiki zənginlik” həlledici gecədə “Arsenal”ın ən güclü silahına çevrilə bilər.

“Atletiko”nun xarizmatik çalışdırıcısı Dieqo Simeone isə oyundan öncəki ənənəvi mətbuat konfransında yenə də öz ampluasında olub. Komandanın otel seçimi ilə bağlı suala “Burada heç bir xurafat yoxdur, sadəcə qiymətlər daha ucuzdur” deyərək gülümsəyən argentinalı mütəxəssis, əslində onları nə qədər çətin 90 dəqiqənin gözlədiyinin fərqindədir. Qrup mərhələsində “Arsenal”a 0:4 hesabı ilə ağır məğlub olan “matrasçılar”, bu dəfə eyni kabusu təkrarlamamaq və Londondan final bileti ilə qayıtmaq niyyətindədir.

UEFA Çempionlar Liqası, 1/2 final (cavab oyunu)

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)

Tarix: 5 may

Saat: 23:00

Məkan: “Emireyts” stadionu, London

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun: 1:1

Canlı yayım: İctimai TV, TRT 1

Show quoted text

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07