Timoteuş Puxaç: “Azərbaycandakı çempionluq mənə daha doğmadır”

04.05.26 | 13:52
Ölkə futbolu

“Sabah”ın polşalı yarımmüdafiəçisi Timoteuş Puxaç karyerası və gələcək planları barədə ölkəsinin “Meczyki” portalına müsahibə verib. Müqavilə ilə Almaniyanın “Holştayn” klubuna məxsus olan cinah oyunçusu “bayquşlar”ın heyətində qalmaq istədiyini və Bakıdakı mühitdən məmnunluğunu dilə gətirib.

Puxaç Almaniya klubu ilə müqavilə öhdəliklərinin olduğunu xatırladaraq, transfer prosesinin çətinliyindən bəhs edib: “Hazırda “Holştayn”la müqaviləm davam edir. Orada idman direktoru və baş məşqçi dəyişikliyi baş verib. Mənim buradakı uğurlu çıxışımı gördükdən sonra məni geri qaytarmaq niyyətindədirlər. Bu səbəbdən transfer prosesi bir qədər mürəkkəb keçə bilər, çünki almanlar “Sabah”dan transfer bəndində nəzərdə tutulan məbləğdən daha çox tələb edəcəklər”.

Buna baxmayaraq, futbolçu karyerasında sabitliyə ehtiyac duyduğunu vurğulayıb: “Özümü burada çox yaxşı hiss edirəm. Klubların necə razılığa gələcəyini zaman göstərəcək. Amma deyə bilərəm ki, növbəti mövsümdə də burada qalma ehtimalım təxminən 80 faizdir. Tez-tez klub dəyişmək inkişafıma həmişə müsbət təsir etmir, ona görə də sabitlik tərəfdarıyam. Gələn mövsüm avrokuboklarda mübarizə aparmağımız möhtəşəm olardı“.

Karyerasında “Trabzonspor”la Superliqanın qalibi olan Puxaç, Azərbaycandakı uğurlarını fərqli müstəvidə dəyərləndirib: “Türkiyəyə gedəndə komanda artıq çempionluğa tam hazır idi və biz ardıcıl 10 qələbə qazandıq. Orada da payım var idi, lakin “Sabah”da mən komandanın əsas aparıcı simalarından birinə çevrilmişəm. Məhz buna görə də Azərbaycanda qazanılan çempionluq mənə ruhən daha yaxın və doğmadır”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27