Veliçko Kaplanoviç: “Hakimin əslən gəncəli olması və rəqib klubda oynaması maraqlı faktlardır”

02.05.26 | 19:02
Ölkə futbolu

Premyer Liqanın XXX turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” (2:1) matçından sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç mətbuat konfransında maraqlı açıqlamalarla yadda qalıb. Komandasının məğlubiyyətini şərh edən mütəxəssis, oyundan çox hakim qərarlarına toxunub.

Kaplanoviç oyunun texniki tərəflərindən danışmaq istəmədiyini bildirərək, hakimlikdən narazılığını gizlətməyib: “Açığı, bu gün oyun haqqında danışmaq həvəsim yoxdur. Əslində hakimlikdən bəhs etməliyəm, amma bunu da etmək istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin qapımıza təyin olunan ilk penalti epizodunu heç cür anlaya bilmirəm. Bəli, turnir cədvəlində təhlükəsiz zonadayıq, amma bu, bizə qarşı belə davranmağa əsas vermir. Bu, artıq neçənci dəfədir təkrarlanır. Bizim futbolçulara çox asanlıqla qırmızı vərəqə göstərilir”.

Məşqçi ilk penalti epizodunu analiz edərək digər oyunlarla müqayisə aparıb: “Birinci epizodda top əvvəlcə oyunçumuzun ayağına dəyir, oradan isə əlinə qayıdır. Digər komandaların matçlarında belə vəziyyətlərdə penalti verilmir. İkinci epizodla bağlı sualımız yoxdur, orada futbolçumuzun səhvi və qayda pozuntusu var idi. Saşa İliç isə artıq-əskik heç nə deməsə də, meydandan qovuldu”.

Qarşılaşmanın baş hakiminin əslən Gəncədən olması və vaxtilə “Kəpəz”in formasını geyinməsi ilə bağlı suala Kaplanoviç gülümsəyərək belə cavab verib: “Bunlar maraqlı faktlardır. Əslində bu, bir növ ədalətsizlikdir. Meydanda regionundan asılı olmayaraq hər kəs peşəkar davranmalıdır. Mən belə kənar amilləri düşünmək yox, öz komandamın oyununu analiz etməklə məşğul olmalıyam”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46