Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57
Dünya futbolu

Braziliya futbolunun ulduzu Neymar ilə doğma klubu “Santos”un azarkeşləri arasında münasibətlər qırılma nöqtəsinə gəlib. Klubun dərinləşən böhranı fonunda tərəflər artıq emosiyalarını cilovlaya bilmirlər.

Bir vaxtlar Braziliya futbolunun flaqmanı olan “Santos” hazırda tarixinin ən ağır günlərini yaşayır. Turnir cədvəlində 15-ci pilləyə qədər geriləyən komandada gərginlik hər keçən gün artır. “Fluminense”yə qarşı alınan 3:2 hesablı son məğlubiyyət isə səbr kasasını daşıran son damla olub.

Matçın final fiti ilə birlikdə tribunalar futbolçuları ağır təhqirlər və fit sədaları ilə “yola salıb”. Təzyiqdən yayınmağa çalışan Neymarın nümayişkaranə şəkildə qulaqlarını yumması azarkeşlərin qəzəbini daha da alovlandırıb. Sosial mediada ulduz futbolçunun bu davranışı “hörmətsizlik” kimi qiymətləndirilərək kəskin tənqid hədəfinə çevrilib.

Tənqidlərin ardı-arası kəsilməyincə Neymar susqunluğunu pozaraq sosial media hesabından çox sərt və aqressiv bir bəyanat yayıb:

“Nə qulaq qapamaqdan danışırsınız? Məgər mən bədənimi də qaşıya bilmərəm? Buradan boş-boşuna dram çıxarmayın. Hamınız cəhənnəm olun!”

Bu, Neymarın “Santos” tərəfdarları ilə ilk qarşıdurması deyil. Bir neçə gün əvvəl “Rekoleta” ilə bərabərlikdən sonra yaşanan mübahisə və fanatların məşq mərkəzinə basqın etməsi klub daxilindəki xaosun göstəricisidir.

Hazırda həm klubun vəziyyəti, həm də Neymarın formadan düşməsi futbolçunun milli komandadakı gələcəyini də sual altına qoyur. Qarşıdan gələn Dünya Çempionatına Neymarın çağırılıb-çağırılmayacağı Braziliya idman mətbuatının əsas müzakirə mövzusuna çevrilib.

Paylaş:

Xəbər Lenti

“Zirə” “Turan”a qarşı – YENİLƏNİR

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49