U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34
Ölkə futbolu

Ölkəmizin 17 yaşadək futbolçulardan ibarət yığması Bakıda, Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışına start verib. Aprelin 23-dək paytaxtda hazırlıq keçəcək komandamızın əsas hədəfi qarşıdakı beynəlxalq turnirə tam hazır vəziyyətdə yollanmaqdır.

AFFA-dan verilən məlumata görə, hazırlıq prosesinin Bakı mərhələsi başa çatdıqdan sonra Aqil Nəbiyevin yetirmələri Qazaxıstanın Şımkent şəhərinə yola düşəcək. Aprelin 24-dən mayın 1-nə kimi davam edəcək UEFA İnkişaf Turniri çərçivəsində millimiz üç rəqiblə qarşılaşacaq: Rusiya, Qazaxıstan və Pakistan.

Baş məşqçi Aqil Nəbiyev hazırlıq prosesinə 26 futbolçunu cəlb edib. Heyətin maraqlı məqamı isə xaricdə çıxış edən gənclərin sayının çox olmasıdır. Belə ki, ilkin heyətdə İspaniya klublarının şərəfini qoruyan 6, Serbiya klubunda çıxış edən isə 1 futbolçu yer alıb.Qeyd edək ki, Bakı toplanışından sonra baş məşqçi heyəti optimallaşdıracaq və Qazaxıstana yollanacaq heyətə 20 futbolçunun adı daxil ediləcək.

Paylaş:

Xəbər Lenti

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56