Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18
Dünya futbolu

Dünya futbolunun əfsanəvi simalarından biri, ömrünü yaşıl meydanlara həsr etmiş Mirça Luçeskunun vəfatından əvvəlki son söhbətləri üzə çıxıb. Rumıniyalı jurnalist Horiya İvanoviç təcrübəli mütəxəssislə bağlı ürəkdağlayan xatirələrini bölüşərək, Luçeskunun son nəfəsinə qədər futboldan qopmadığını bildirib.

İvanoviçin sözlərinə görə, təcrübəli baş məşqçi ölümündən bir qədər əvvəl Türkiyə ilə keçiriləcək qarşılaşmaya köklənibmiş. Futbol eşqi ilə çırpınan Luçeskunun son planları bu sözlərdə gizlənib: “Türkiyə ilə oyuna hazırlaşırdım. Bu matçı səbirsizliklə gözləyirdim və mərhələni keçəcəyimizə tam əmin idim”.

Jurnalist qeyd edib ki, əfsanəvi məşqçi səhhətindəki problemlərə rəğmən, daim xəbərləri izləyir və gündəmdən geri qalmırdı. Ürək tutmasından qısa müddət əvvəl baş tutan telefon danışığında Luçeskunun işlətdiyi bir cümlə indi hər kəsi kədərə qərq edib. İvanoviç həmin anları belə xatırlayır: “Mənə narahat olma, istirahət etmək üçün hələ çox vaxtım olacaq” dedi. Bu sözlər onun gedişindən sonra tam fərqli və hüzünlü bir məna qazandı”.

Son aylar səhhətinin sürətlə pisləşməsindən təəccüblənən Luçesku, fiziki durumunun işinə mane olmasından duyduğu məyusluğu da gizlətməyib. O, ömrünün son günlərində taleyinə bu qısa, lakin ağır cümlə ilə etiraz edib: “Qocalıq ədalətsizdir…”

Dünya futbolu təkcə böyük bir taktiki zəkanı deyil, həm də son saniyəsinə qədər peşəsinə aşiq olan bir fədakarı itirdi. Mirça Luçeskunun adı futbol tarixinə silinməz izlərlə həkk olundu.

Paylaş:

Xəbər Lenti

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43