“Zirə” kefiyyətli oyunu ilə “Kəpəz”i darmadağın etdi

30.08.25 | 19:06
Ölkə futbolu

Premyer-Liqanın 3-cü turunda “Zirə” “Kəpəz”i darmadağın edərək mövsümdə ikinci qələbəsini qazandı. Artıq ilk yarıda gəncəlilərin qapısına üç cavabsız qol vuran zirəlilər rəqibə heç bir şans vermədi. Kapitan Qismət Alıyev, Cibrila və Junior fərqləndi.  

İkinci hissədə də vəziyyət dəyişmədi. “Zirə” rahatca oyunu istədiyi məcrada apararaq təşəbbüsü əldən vermədi. Boqomolskinin qolu isə ikinci yarının qalan hissəsini formallığa çevirdi. Oyunun sonuna yaxın Volkov baş zərbəsi ilə beşinci qolu vurdu. Bu epizodda qol pasını künc zərbəsindən ikinci hissədə meydana girən Namiq Ələsgərov verdi.  “Zirə” ilk dəfə 5:0 hesablı qələbə qazandı.

Heyətinə çoxlu sayda legioner qatan “Kəpəz”in oyunu hələ ki, ciddi təəssürat yaratmır. Komanda bu mövsüm dalbadal üçüncü məğlubiyyətini alaraq sonuncu pillədə möhkəmlənməkdədir. Gəncədə klubun güclənməsi üçün görülən işlər hələ ki, öz bəhrəsini vermir.

“Zirə” isə ötənilki kimi çempionatın iddialı komandalarından olduğunu bir daha göstərdi. Həm oyun, həm də heyətin formalaşması baxımından klub rəhbərliyinin ciddi işlər apardığının şahidi oluruq. Baş məşqçi Rəşad Sadıqov həm də intizamlı oyun qurmağı ilə seçilir. Komanda oyunboyu mütəşəkkil, intizamlı və xətlərarası boşluqlar vermədən oynayır. Qeyd edək ki, “Zirə”nin legionerləri də keyfiyyətli futbolu ilə seçilir.

Premyer-liqa, 3-cü tur

“Zirə” – “Kəpəz” 5:0

Qollar: Q. Alıyev, 13. Cibrila, 32. Junior, 37. Boqomolski, 71.  Volkov, 84.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54