Azərbaycan Premyer Liqasının startı “Zirə”nin ardıcıl 3 qələbəlik uğurlu seriyası ilə əlamətdar olub.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, son üç mövsümdə ilk dəfədir ki, çempionat iştirakçılarından biri mövsümə bu cür mütləq nəticə ilə başlayır. Maraqlıdır ki, analogiyası olan sonuncu belə göstərici 2023/24 mövsümünə təsadüf edib və həmin vaxt da startda ardıcıl 3 qələbəyə sevinən tərəf məhz “Zirə” olub.
2017/18 mövsümündə də analoji uğura imza atan Bakı təmsilçisi, öz tarixində 3-cü dəfə ilk üç turda maksimum xal toplamağı bacarıb.
Qeyd edək ki, ölkə çempionatlarının 35 mövsümlük tarixində ümumilikdə 36 dəfə komandalardan biri ilk 3 görüşünün hamısını qələbə ilə başa vurub. İndiyədək bu nəticəni 18 fərqli klub gerçəkləşdirə bilib.