“Zirə” son anda məğlubiyyətdən qaçdı

09.03.26 | 19:07
Ölkə futbolu

Turnir cədvəlində bir-burinə tərs mütənasib mövqedə olan komandalar fərqli hədəflər üçün mübarizə aparırlar. “Zirə” yüksək yerlər uğrunda yarışaraq bu mövsümün yekununda da Avropa klub tunirlərinə vəsiqə qazanmaq niyyətində olduğu halda, “Kəpəz” elitada qalmaq üçün tər tökür. Bu baxımdan oyunun favoriti haqlı olaraq zirəlilər idi. Oyun da məhz bu məcrada başladı və artıq 5-ci dəqiqədə Eren Aydın hesqabı açdı. Bundan sonra meydan sahiblərinin rahat qələbə qazanacağını güman edənlər yanıldı. Gəncəlilər gözlənilmədən canlanaraq hərəkətli və cəsarətli oyun sərgilməyə başladı və tezliklə bunun bəhrəsini gördü. Əvvəlcə künc zərbəsi zamanı Ceyhun Nuriyev müdafiə bacarığının zəif olduğunu göstərdi. O, cavabdeh olduğu oyunçunu buraxdı və bu oyunçu cavab qolunu vuran Rauf Hüseynli idi. İkinci hissənin əvvəlində qonaqlar hesabda irəli çıxdı. Bu dəfə də “Zirə” standart vəziyyət zamanı qol buraxdı. Bu qoldan az sonra gəncəlilər daha bir imkan əldə etdi, amma Mamadu Ba yekun zərbəni dəqiq yerinə yetirmədi. Bundan sonra “Zirə” təzyiqi artırdı və topa sahib olaraq daha “Kəpəz”i müdafiə olunmağa məcbur etdi. Doğrusu, “Kəpəz” son dəqiqələrə qədər çətinlik çəkmədən hesabı qoruyurdu və artıq zənn etmək olardı ki, qonaqlar sürpriz 3 xalla evə dönəcəklər. Lakin zirəlilərin dadına Ruan Renato çatdı. Künc zərbəsindən gələn topu Renato başla qapıya göndərərək komandasını məğlubiyyətdən xilas etdi. “Kəpəz” üçün bu heç-heçə önəmli xal olsa da, “Zirə” çox vacib 2 xal itirdi. Avropa kuboklarına çıxmaq istəyən bir klub üçün autsayderlər qrupunda olan komandaya qarşı 2 xal itirməsi təsirsiz ötüşməyəcək. Finiş xəttində Rəşaq Sadıqova bu xallar çox lazım olacaq. “Zirə” kifayət qədər potensiallı olsa da, oyunçularında sanki konsentrasiya çatmır. “Qartallar” heyət baxımından rəqibindən çox güclü olsa da, oyun zamanı bütün gücü ilə köklənə bilmirlər. Bu amil standart vəziyyətlərdə daha vacibdir və buraxılan 2 qol da bunu göstərdi.

Premyer Liqa, 23-cü tur

ZİRƏ – KƏPƏZ 2:2 (1:1)

Qollar: Aydın, 5 (1:0), Hüseynli, 32 (1:1), Verdaşka, 51 (1:2), Renato, 90+7 (2:2)

Baş hakim:  Kamal Umudlu.

“Zirə”: Tyaqo Silva, Qismət Alıyev (k), Quima (Anatoli Nuriyev, 72), Braim Konate (İsmayıl İbrahimli, 46), Leroy Mikels (Davit Volkov, 64), Ceyhun Nuriyev, Eren Aydın, Ruan Renato, Stefan Aka, İssa Cibrilla (Enrike Kustodio, 46), Rüfət Abdullazadə. Baş məşqçi: Rəşad Sadıqov.

“Kəpəz”: Məmməd Hüseynov, Ehtiram Şahverdiyev (Rəhman Hacıyev, 76), Rauf Hüseynli, Fərid Nəbiyev (Əli Səmədov, 90+3), Camal Cəfərov (Ümid Səmədov, 69), Paçu (Sadiq Şafiyev, 90+4), Dioqo Verdaşka (k), Olavale Onanuqa, Adama Fofana, Mate Abuladze, Mahamadu Ba.

Sarı vərəqələr: Onanuqa, 37. Paçu, 52. Kustodio, 81. Abuladze, 82. 

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46