Konfrans Liqasının I təsnifat mərhələsində qarşılaşacaq “Zirə” və Kutaisi “Torpedo”sunun oyunöncəsi media proqramı açıqlanıb.
İyulun 7-də “qartallar”ın sükanı arxasındakı Rəşad Sadıqov saat 15:30-da “Wyndham Garden Baku” otelində jurnalistlərin suallarını cavablandıracaq. “Zirə”nin son məşqi isə 18:30-da BOS-un ehtiyat meydançasında keçiriləcək.
Qonaqların çalışdırıcısı Dirk Şuster isə saat 17:30-da “SOKAR Polimer Arena”da mətbuat qarşısına çıxacaq, saat 18:00-da isə Gürcüstan təmsilçisinin rəsmi məşqi başlayacaq.
Xatırladaq ki, iyulun 8-də Sumqayıtda keçiriləcək “Zirə” – “Torpedo” matçı saat 20:00-da başlayır.