“Sabah”ın müdafiəçisi Akim Zedadka UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Dortmund “Borussiya”sına qarşı keçiriləcək oyun öncəsi komandasının hədəflərindən danışıb.
Fransalı futbolçu Bakıda doğma azarkeşlərin dəstəyi ilə meydana çıxacaq “Sabah”ın məqsədinin qələbə qazanmaq və ən yaxşı oyununu nümayiş etdirmək olduğunu bildirib.
Zedadka qarşılaşmanın çətin keçəcəyini gözləsə də, komandasının hər matça qələbə üçün çıxdığını vurğulayıb: “Sabah bizi çətin oyun gözləyir. Bu, Çempionlar Liqası matçıdır. Amma bildiyiniz kimi, meydana hər dəfə qələbə qazanmaq üçün çıxırıq. Biz öz futbolumuzu oynamaq istəyirik. Üstəlik, doğma meydanda, azarkeşlərimizin və ailələrimizin dəstəyi ilə mübarizə aparacağıq. Bu oyunda əlimizdən gələni etmək və ən yaxşı performansımızı ortaya qoymaq istəyirik”.