Zakariya Savo: “Qarabağ”a qoşulduğum üçün çox həyəcanlıyam”.

25.05.26 | 12:10
Ölkə futbolu

İsveç mətbuatının (“Sportbladet”) məlumatına görə, “Yurqorden”in hücumçusu Zakariya Savo rəsmən “Qarabağ” klubuna keçib.  Ötən mövsüm böyük ümidlərlə və yüksək transfer məbləği ilə heyətə cəlb olunan 23 yaşlı forvard İsveç klubunda gözlənilən performansı göstərə bilməyib. “Yurqorden”in heyətində keçirdiyi 18 oyunda cəmi 1 qolla yadda qalan Savo, ötən qış icarə əsasında Kiprin AEL (Limassol) klubuna göndərilmişdi. Kiprdə uğurlu mövsüm keçirən hücumçu 18 matçda 9 dəfə fərqlənərək özünəinamını bərpa edib və kubokun yarımfinalına qədər irəliləyib.

İsveç mətbuatının yazdığına görə, “Qarabağ” bu transfer üçün təxminən 5 milyon kroon (təxminən 914 min manat) ödəyib. Xatırladaq ki, “Yurqorden” futbolçunu heyətinə qatarkən onun üçün 15 milyon kron (təxminən 2.7 milyon manat) xərcləmişdi.

Yeni klubu barədə fikirlərini bölüşən Savo, bu keçidi karyerasında vacib bir addım kimi qiymətləndirib: “Qarabağ”a qoşulduğum üçün çox həyəcanlıyam. Bu, mənim üçün yeni və maraqlı bir mühitdir. Karyeramda irəliyə doğru atılmış vacib addımdır”.

Klubun rəsmi saytına verdiyi açıqlamada “Yurqorden”dəki dövrünü qiymətləndirən hücumçu minnətdarlığını bildirib: “Buradakı dönəm mənim üçün çox öyrədici oldu. Komandanın bir parçası olduğum üçün minnətdaram. Bütün oyunçulara, məşqçilər heyətinə və “Yurqorden” ailəsinə gələcək karyeralarında uğurlar arzulayıram”.

 “Qarabağ”da hücum xəttində rəqabət aparacaq Savonu qarşıda ciddi sınaqlar gözləyir. O, Ağdam təmsilçisində daha əvvəl “Yurqorden”in şərəfini qorumuş Musa Qurbanlı ilə komanda yoldaşı olacaq. “Qarabağ” son illərdə avrokuboklardakı, xüsusən də UEFA Çempionlar Liqasındakı stabil çıxışı ilə tanınan və iddialı bir klubdur.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46