Yuri Vernidub: “Rəqiblərin əhvalını korlamağa gəlmişəm”

26.01.26 | 13:19
Dünya futbolu

Yuri Vernidubun “Neftçi”yə rəhbərlik etməsindən bir ay ötür. Təcrübəli mütəxəssis işinin ilk dövrü, komandanın yaxın gələcək planları və digər maraqlı məqamlar barədə “Sport.ua” saytına özəl müsahibəsində danışıb.

— Yuri Nikolayeviç, artıq bir aydan çoxdur “Neftçi”nin sükanı arxasındasınız. Təəssüratlarınız necədir?

— Yalnız müsbətdir. Burada hər şey xoşuma gəlir. Ən vacibi odur ki, futbolçular mənim və məşqçilər heyətinin tələblərini düzgün qəbul edirlər. Komandanın düşdüyü hazırkı vəziyyəti düzəltməyə çalışacağıq.

— “Neftçi” ilə müqaviləniz hansı müddətə imzalanıb?

— Bir il yarım (1.5 il) müddətinə.

— Çempionatda komanda 7-ci yerdədir. Mövsümün sonunda qarşıya hansı tapşırıqlar qoyulub?

— Ukrayna ilə müqayisə etsək, “Neftçi” Azərbaycanda “Dinamo” kimidir, ona görə də hədəflər həmişə ən yüksəkdir. Başa düşürəm ki, hazırkı vəziyyətdə qızıl medallara çatmaq çətin olacaq, lakin hər oyunda qalib gəlib cədvəldə mümkün qədər yuxarı qalxmağa çalışacağıq. Futbolçuların fiziki durumunu və nizam-intizamı qaydasına salmalıyıq.

Təlim-məşq toplanışını başa vurduq və uşaqların prosesə olan münasibəti mənim çox xoşuma gəldi. “Neftçi”də yaxşı heyət yığılıb. İndi kollektivin fiziki durumunu bir qədər yaxşılaşdırmaq və nizam-intizamı qaydasına salmaq qalır, ondan sonra isə irəli (gülümsəyir). Hesab edirəm ki, futbolçuların özləri üçün də ən yaxşı olduqlarını sübut etmək və yalnız irəli hərəkət etmək maraqlıdır.

— Əcnəbi oyunçuların səviyyəsindən narazı olduğunuz deyilirdi. Fikriniz dəyişibmi?

 — Bunlar jurnalist uydurmasıdır. Mən müqavilə imzalayandan bəri yalnız klubun mətbuat xidmətinə müsahibə vermişəm. Siz mənim bir aydan sonra danışdığım ilk jurnalistsiniz. Öz futbolçularım haqqında necə pis danışa bilərəm? Biz eyni qayıqdayıq və eyni istiqamətə avar çəkməliyik.

— Ən ulduz transfer Vinsent Abubakardır. Onun hazırkı forması necədir?

— Hazırlıq prosesini əla keçdi. Bir məşqi belə buraxmayıb, çəki atıb. Görürəm ki, oynamaq üçün böyük istəyi var. Onun ulduz oyunçu olduğu 100 faizdir.

— Azərbaycanda hazırda “Qarabağ”ın dominantlıq etdiyini nəzərə alsaq, “Neftçi”ni yenidən zirvəyə qaytarmaq nə dərəcədə çətin olacaq?

— Niyə də rəqibin əhvalını korlamağa çalışmayaq? (gülümsəyir). Bu çağırışı məhz buna görə qəbul etdim. Belə adlı-sanlı klubda gəlib işləmək mənim üçün maraqlı idi. Hesab edirəm ki, “Neftçi” hazırda layiq olduğu mövqedə deyil. Bu, bütün məşqçilər heyətimiz üçün böyük stimuldur. Çox uzağa baxmayaq, sadəcə işləyək. Bu həyatda hər şey mümkündür.

— Yaxın vaxtlarda Azərbaycanda məşqçilərin “Ukrayna derbisi” baş tutacaq. Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, Andriy Demçenkonun “Araz-Naxçıvan”ı ilə oyun sizin üçün prinsipial xarakter daşıyır? — Turnir vəziyyəti baxımından bəli, prinsipialdır. Amma məşqçilər arası rəqabətə gəlincə, xeyr. Mənim üçün əsas odur ki, komanda irəli getsin. Düşünürəm ki, Demçenko da eyni fikirdədir. Bu bizim üçün xal qazanmalı olduğumuz çox vacib qarşılaşmadır; güclü olan qalib gəlsin.

— “Neftçi” ilə Moskvanın “Lokomotiv” klubu arasındakı əməkdaşlıq memorandumu haqqında nə deyə bilərsiniz?

— Jurnalistlər yenə məlumatı şişirdiblər. Yazırlar ki, guya mən Moskvaya gedəcəyəm — bu, ağlasığmazdır. Bu müqavilə uşaq akademiyaları arasında bağlanıb. Bu, klubun hüququdur, mənim bura nə aidiyyatım var? Bizim əsas komandada bir dənə də olsun rusiyalı yoxdur və ola da bilməz. Mən burada ukraynaca danışıram, sözlərimi futbolçulara tərcüməçi çatdırır.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46