Yuri Vernidub: “Hər matç bizim üçün finala bərabərdir”

05.05.26 | 23:19
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub səfər qələbəsindən sonra komandadakı ab-hava, qarşıdakı hədəflər və transfer şayiələri barədə mühüm açıqlamalar verib.

Qələbəni şərh edən ukraynalı mütəxəssis futbolçularının psixoloji hazırlığını xüsusi qeyd edib: “Qarabağ”la keçirilən ardıcıl oyunlar uşaqlarda böyük emosional yorğunluq yaratmışdı. Açığı, bu matç üçün çox həyəcanlı idim, lakin məşqçilər heyəti olaraq bu gərginliyin öhdəsindən gələ bildik. Göstərdikləri xarakterə görə futbolçularıma minnətdaram”.

Komandanın avrokubok perspektivləri və qarşıdakı çətin təqvim barədə danışan Vernidub qeyd edib ki, səhv etmək limitləri tükənib: “Qarşıda bizi üç həlledici oyun gözləyir və bunların hər biri bizim üçün final xarakterlidir. Heyətdəki hər kəs dərk edir ki, maksimum nəticə göstərməliyik. Kubokun finalına gəlincə, təbii ki, ondan çox şey asılı olacaq. Titulun sahibi kim olacaq? Bunu zaman göstərər. Bizim üçün əsas məsələ öz oyunlarımıza konsentrasiya olmaq və sona qədər mübarizə aparmaqdır”.

Mövsümün ən yaxşı oyunlarından birini keçirən Falaye Sako barədə müsbət fikirlər səsləndirən baş məşqçi, ondan davamlılıq gözlədiyini gizlətməyib: “Sako peşəkar futbolçudur, ona təşəkkür edirəm. Lakin o, səviyyəsini yalnız bir matçda deyil, bütün oyunlarda ortaya qoymalıdır. Fransa çempionatı təcrübəsi olan bir oyunçudan gözləntilərimiz yüksəkdir. Bu gün ona yalnız ‘afərin’ düşür”.

Ötən turdakı sarsıdıcı məğlubiyyətdən sonra keçirdiyi hisslərə toxunan mütəxəssis, kluba olan bağlılığını ifadə edib: “Əvvəlki oyundakı 1:5 hesablı məğlubiyyət mənim üçün ağır zərbə idi, söz tapa bilmirdim. Bu gün isə fərqli emosiyalar var. “Neftçi” kimi zəngin tarixi olan bir klubda çalışmaq böyük şərəfdir. Rəhbərliyə, futbolçulara və azarkeşlərə böyük hörmətim var. Oyunçular da bu formanı daşımağın üstünlüyünü və məsuliyyətini dərk etməlidirlər”.

Mətbuatda yayılan münaqişə və transfer xəbərlərinə aydınlıq gətirən Vernidub, hələlik rəsmi bir qərarın olmadığını bildirib: “Transferlərlə bağlı hələ heç bir rəsmi müzakirə aparmamışam. Kim hansısa adlar çəkirsə, bu, onların öz məsuliyyətidir. Vaxtı gələndə hər şeyi özüm açıqlayacağam. Futbolçularla münaqişə etdiyim barədə yazılanlar isə həqiqəti əks etdirmir. Yeni mövsümün planlamasında çox diqqətli olacağıq”.

Sonda kubokun finalında “Sabah”a azarkeşlik edib-etməyəcəyi ilə bağlı suala cavab verən baş məşqçi, etik normaları qoruyub: “Finalda hansısa tərəfi tutmağım doğru olmazdı. Güclü olan qazansın. Bəli, turnir cədvəli baxımından “Sabah”ın qələbəsi bizə sərf edə bilər, amma rəqiblərimizə pis nəsə arzulamaq mənə yaddır. Unutmayaq ki, həyat bumeranqdır”.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55