Ölkəmizin kişilərdən ibarət voleybol üzrə milli komandası növbəti təlim-məşq toplanışı üçün Türkiyənin paytaxtı Ankaraya yollanıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) məlumatına görə, millimizin Ankaradakı təlim-məşq toplanışı iyunun 5-dək davam edəcək. Hazırlıq prosesi çərçivəsində yığmamız Türkiyə komandası ilə bir sıra yoxlama oyunları keçirəcək. Bu görüşlər məşqçilər heyətinə taktiki-texniki sxemləri və oyun planını sınaqdan keçirmək imkanı yaradacaq.
Ankara toplanışından sonra yığmamız İsveçə yola düşəcək. Komandamız Avroliqanın ilk turu çərçivəsində iyunun 6-da Yunanıstan, iyunun 7-də isə ev sahibi İsveç yığması ilə qarşılaşacaq.