Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstanda keçirdiyi təlim-məşq toplanışını iki qələbə ilə başa vurub.
Faiq Qarayevin rəhbərlik etdiyi yığma Afinada ev sahibi Yunanıstan millisi ilə keçirdiyi hər iki yoxlama görüşündə 3:1 hesabı ilə qələbə qazanıb.
Yığmamız Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirəcək.