«Real»ın və Braziliya milli komandasının ulduz hücumçusu Vinisius Junior sosial şəbəkə hesabında etdiyi gözlənilməz dəyişikliklə futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. İstedadlı futbolçu Instagram hesabındakı bütün paylaşımları və profil fotosunu silib.
Braziliyalı vingerin bu radikal addımı son zamanlar onun Madrid klubundakı gələcəyi ilə bağlı yayılan transfer şayiələrini yenidən gündəmə gətirib. Hesabdakı dəyişiklikdən dərhal sonra çoxsaylı azarkeşlər və futbol mütəxəssisləri ulduz oyunçunun «Kral klubu»ndan ayrılmağa hazırlaşdığı barədə ehtimallar irəli sürməyə başlayıblar.
Yaranmış müəmmalı vəziyyətlə bağlı nə futbolçunun özü, nə də «Real» klubu hər hansı rəsmi bəyanat yaymayıb. Vinisiusun sosial şəbəkələrdəki bu təmizliyinin birbaşa transfer prosesi ilə bağlı olduğu, yoxsa fərqli bir səbəbdən qaynaqlandığı hələlik rəsmən təsdiqini tapmayıb.
