Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43
Ölkə futbolu

Premyer Liqanın 26-cı turunda doğma meydanda “Sabah”a 2:4 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib. Mütəxəssis həm buraxılan qollardakı fərdi səhvlərə, həm də hakim idarəçiliyinə toxunub: “Oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq və rəqibi dərindən analiz etmişdik. Görüşə də pis başlamadıq, lakin adi bir anlaşılmazlıq və fərdi səhv ucbatından qapımızda qol gördük. İkinci qolu da bənzər şəkildə buraxdıq. Əslində, həmin epizodda qayda pozuntusu var idi, lakin baş hakim VAR-a müraciət etmədi. “Sabah” əks-hücumlarda çox təhlükəli komandadır, boşluq tapan kimi rəqibi cəzalandırmağı bacarırlar. Bu qarşılaşmadan azı bir xalla ayrılmaq istəsək də, planlarımız alınmadı. Biz səhvlərimizdən nəticə çıxarıb yolumuza davam edəcəyik”.

Nuriyev qarşılaşmanın gedişatındakı mübahisəli məqamlara və hakim qərarlarına da etirazını bildirib. O, hakimin bəzi epizodlarda rəqibə “rəğbət” bəslədiyini və bunun nəticəyə təsir etdiyini vurğulayıb: “Əlbəttə, hakimliklə bağlı suallarımız var. Nunu Rodriqeşə qarşı kobudluq edildi, lakin epizoda baxılmadı. “Sabah”ın vurduğu üçüncü qol zamanı da baş hakim VAR-a getmək ehtiyacı duymadı. Əgər ciddi bir qərar verirsənsə, mütləq təkrar görüntüləri izləməlisən. Bu cür qərarlar bizim oyunumuza və komandanın motivasiyasına ciddi mənfi təsir göstərdi”.

Paylaş:

Xəbər Lenti

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39