UEFA-dan “Sabah” – “Borussiya” oyunu ilə bağlı diqqətçəkən statistika

19.10.26 | 16:10
Ölkə futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda keçiriləcək “Sabah” – Dortmund “Borussiya”sı qarşılaşması öncəsi UEFA matçla bağlı maraqlı statistik göstəriciləri və faktları açıqlayıb.

UEFA bu mövsüm Azərbaycan çempionunun avrokuboklarda keçirdiyi bütün beş ev oyununda qələbə qazandığını xatırladıb. Bu seriyaya təsnifat mərhələsinin görüşləri də daxildir.

Diqqətçəkən məqamlardan biri də “Sabah”ın Avropadakı oyunlarının heç birinin qolsuz heç-heçə ilə başa çatmamasıdır. Bakı təmsilçisinin keçirdiyi 24 avrokubok matçının hamısında ən azı bir qol vurulub. Dortmund “Borussiya”sının statistikası da bu baxımdan oxşardır: Almaniya klubu Çempionlar Liqasında keçirdiyi son 57 səfər oyununda 0:0 hesabı qeydə almayıb.

Bununla belə, Dortmund təmsilçisinin Azərbaycan klublarına qarşı nəticələri daha uğurludur. Almaniya komandası indiyədək ölkəmizin təmsilçiləri ilə keçirdiyi dörd oyunun hamısında qalib gəlib. “Borussiya” “Qarabağ”ı iki dəfə — 4:0 və 1:0, “Qəbələ”ni isə 3:1 və 4:0 hesabları ilə məğlub edib.

Lakin Dortmund klubunun son səfər nəticələri ürəkaçan deyil. Komanda Çempionlar Liqasında keçirdiyi son dörd səfər matçının hamısında məğlub olub.

Beləliklə, “Sabah” doğma meydandakı uğurlu seriyasını davam etdirməyə çalışacaqsa, “Borussiya” da həm Azərbaycan klublarına qarşı qələbə ənənəsini qorumaq, həm də Çempionlar Liqasındakı uğursuz səfər seriyasına son qoymaq niyyətində olacaq.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46