UEFA-dan “Barselona”ya cəza

15.05.26 | 08:28
Dünya futbolu

“Barselona”nın ÇL-dəki son oyunundan bir ay keçməsinə baxmayaraq, UEFA-nın İntizam Komitəsi “Atletiko” ilə baş tutan gərgin qarşılaşmanı yenidən araşdırıb. Aparılan təhlillər nəticəsində Kataloniya təmsilçisinə qarşı iki fərqli bənd üzrə maliyyə sanksiyası tətbiq edilib.

İki İspaniya nəhəngi arasındakı dörddəbir final qarşılaşması kifayət qədər dramatik hadisələrlə yadda qalmışdı. “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra “Barselona” tərəfi həm rəqib qapıçının davranışlarından, həm də baş hakim və VAR otağının qərarlarından narazılığını ifadə etmişdi.

Lakin UEFA klubun apellyasiya şikayətini rədd edərək yekun qərarını açıqlayıb: “Barselona” ümumilikdə 25 000 avro məbləğində cərimə olunub. Maliyyə sanksiyası iki əsas qayda pozuntusuna görə tətbiq edilib. Birinci səbəb oyunun bərpasının ləngidilməsidir. Hansi Flikin yetirmələri fasilədən sonra meydana gecikərək “Metropolitano” stadionunda baş hakimi gözləməyə məcbur etdikləri üçün klub 22 500 avro ziyana düşüb. Cərimənin qalan 2 500 avroluq hissəsi isə azarkeş intizamsızlığı ilə bağlıdır. Belə ki, kataloniyalı tərəfdarların Madriddəki matç zamanı pirotexniki vasitələrdən istifadə etməsi UEFA tərəfindən təhlükəsizlik qaydalarının ciddi pozuntusu kimi sənədləşdirilib.

Xatırladaq ki, “Barselona” öz meydanında 2:1 hesablı qələbə qazansa da, Madriddəki məğlubiyyət və əlavə vaxtdakı uğursuz cəhdlər komandanın turnirlə vidalaşmasına səbəb olub. “Atletiko Madrid” isə bu gərgin mübarizədən qalib ayrılaraq yarımfinala vəsiqəni təmin edib.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26