“Tvente”də böhran: Niderland mediası “Qarabağ”la matç öncəsi komandanın çıxışını təhlil edib

23.08.26 | 02:19
Ölkə futbolu

Niderlandın “Twente Insite” nəşri “Tvente”nin mövsümə uğursuz startını və UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a qarşı evdə qeydə alınan 0:1 hesablı məğlubiyyəti dərindən təhlil edib. Con van den Bromun rəhbərlik etdiyi Enshede təmsilçisi ardıcıl uğursuz nəticələrdən sonra Bakıdakı cavab görüşü öncəsi ciddi suallarla üz-üzə qalıb.

Mövsümün əvvəli “Tvente” üçün heç də ürəkaçan keçmir. Əvvəlcə “Ferentsvaroş”la matçda ağır məğlubiyyət alan komanda, ardınca Niderland çempionatında “Herenven”ə də uduzub. “Qarabağ”la ilk görüşdə də hücumda təhlükəli epizodlar yaratmaqda çətinlik çəkən Enshede təmsilçisinin oyununda dönüş nöqtəsi 61-ci dəqiqədə baş verib. Məhz Sem Lammers və Kristian Hlynssonun meydana daxil olmasından sonra komanda ötən mövsüm azarkeşlərin gördüyü effektiv “Tvente”yə bənzəməyə başlayıb.

Hlynssonun meydana çıxması Daan Rotsun yenidən sağ cinaha qayıtmasına səbəb olub. Lammersin isə Vaut Veqhorstun əvəzinə oyuna qoşulması ötən mövsümün sonlarında uğur qazandıran hücum xəttini böyük ölçüdə yenidən formalaşdırıb.

Matçdan sonra ESPN-ə açıqlama verən Daan Rots ötən mövsüm tətbiq olunan oyun modelinin əla işlədiyini vurğulayıb: “Düşünürəm ki, ötən il bu, çox yaxşı nəticə verirdi. Semin Van Royuya ötürmə etdiyi epizodu da gördünüz və əla qol imkanı yarandı. Bu, çox yaxşı işlənmiş kombinasiyadır. Düşünürəm ki, məhz buna ehtiyacımız var idi”.

Digər oyunçu Bart van Roy da mövsümə istənilən səviyyədə başlaya bilmədiyini etiraf edib. Yayda daha böyük kluba keçidi gündəmdə olan sağ cinah müdafiəçisi son həftələrdə əsas heyətdə şans qazanan Marko Pjaca ilə deyil, məhz Daan Rotsla daha yaxşı anlaşdığını bildirib: “Mən Marko ilə də yaxşı oynaya bilirəm, amma Daanla avtomatik anlaşmamızın daha yaxşı olduğunu düşünürəm”.

Niderland nəşrinin qənaətinə görə, futbolçuların açıqlamaları komandanın ötən mövsüm uğur gətirən oyun modelinə qayıtmağa ehtiyac duyduğunu açıq şəkildə göstərir. Lakin baş məşqçi Con van den Bromun eyni fikirdə olub-olmadığı hələ sual altındadır. Çalışdırıcı hələ ki Vaut Veqhorstu əsas heyətdən kənarda saxlamaq niyyətində olmadığını nümayiş etdirir. Bütün bunlara baxmayaraq, “Twente Insite” hesab edir ki, “Qarabağ”la Bakıda keçiriləcək cavab qarşılaşmasında ötən mövsümün sonlarında formalaşmış əsas heyətə güvənmək ən məntiqli seçim ola bilər. Xatırladaq ki, Niderland təmsilçisi əsas mərhələyə adlamaq üçün Azərbaycandakı cavab matçında ən azı iki top fərqi ilə qalib gəlməlidir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46