Tovuzda heç-heçə

27.04.26 | 18:53
Ölkə futbolu

Premyer Liqanın 29-cu turu çərçivəsində mövsümün ən prinsipial qarşıdurmalarından biri baş tutdu. Meydana yalnız qələbə üçün çıxan “Turan-Tovuz” və “Zirə”nin duelində qalib müəyyənləşməyib. Tərəflər arasında son dövrlərdə formalaşan kəskin rəqabət Tovuzdakı qarşılaşmanı turun mərkəzi oyununa çevirmişdi.

Bu prinsipiallığın kökündə, heç şübhəsiz, yaxın keçmişin “hesablaşması” dayanırdı. Rəşad Sadıqovun yetirmələri ölkə kubokunun yarımfinalında iki oyunun nəticəsinə görə (2:0, 0:0) “Turan-Tovuz”u mübarizədən kənarlaşdırmışdı. Bu ağrılı məğlubiyyət Qurban Berdiyevin komandası üçün cari matçı sıradan bir çempionat oyunundan çıxararaq revanş xarakterli mübarizəyə çevirmişdi.

Digər tərəfdən, turnir cədvəlindəki həssas vəziyyət hər iki kluba maksimum xal toplamağı diktə edirdi. İkinci pilləyə iddialı olan “Turan-Tovuz” gümüş medallar uğrunda mübarizəsini davam etdirdiyi halda, “Zirə” də “Neftçi” ilə amansız təqib yarışındadır. “Qartallar” üçün bu oyun həm mövqelərini qorumaq, həm də tovuzlularla aralarındakı 10 xallıq fərqi minimuma endirmək baxımından strateji əhəmiyyət daşıyırdı.

Matçın ilk dəqiqələrindən etibarən meydan sahibləri təşəbbüsü ələ alaraq fəallıq nümayiş etdirdilər. Lakin “Zirə”nin müdafiədə inamlı və sıx oyunu Qurban Berdiyevin komandasına real qol təhlükələri yaratmaqda ciddi çətinliklər yaşadırdı. Qonaqlar isə əsasən kəsərli əks-hücumlarla rəqib qapısına yol axtarırdılar. Belə epizodların birində Eren Aydın qapıçını keçsə də, son anda topu ram edə bilməyərək 100 faizlik şansı əldən verdi. Çox keçmədən “qartallar”ın kapitanı Qismət Alıyev fərqlənsə də, baş hakim Rəvan Həmzəzadə oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv etdi.

Buna baxmayaraq, hesabı açan tərəf meydan sahibləri oldu. 22-ci dəqiqədə künc zərbəsindən sonra Rəhim Sadıxov komandasını önə keçirdi.

İkinci hissəyə qonaqlar daha iddialı başladılar. 63-cü dəqiqədə Anje Mutsinzinin uzaq məsafədən baxımlı ötürməsindən sonra Davit Volkov rəqib müdafiəçilərin əhatəsində olmasına baxmayaraq, yüksək fərdi ustalıq nümayiş etdirərək topu qapıçının başı üzərindən tora qovuşdurdu və tarazlığı bərpa etdi.

Buraxılan qoldan sonra tovuzlular təzyiqi nə qədər artırsalar da, Rəşad Sadıqovun vaxtında etdiyi taktiki gedişlər öz bəhrəsini verdi. Matçın son dəqiqələri “Zirə”nin təhlükəli əks-həmlələri ilə müşayiət olunsa da, tərəflər fərqlənə bilmədilər və hərəyə bir xalla kifayətləndilər.

TURAN-TOVUZ – ZİRƏ 1:1 (1:0)

Qollar: Sadıxov, 22 (1:0), Volkov, 63 (1:1)

Baş hakim: Rəvan Həmzəzadə.

Turan-Tovuz: Oleq Baklov, Rəhim Sadıxov, Xəyal Nəcəfov (David Tavareş, 81), İbrahima Vadji, Ayxan Hüseynov (Fərid Yusifli, 81), Alexandro Serrano, Faiq Hacıyev (k), Jorje Silva, Roberto Olabe (Kristian da Silva, 89), Mark Mampassi, Xayderson Hurtado.

Zirə: Tiaqo Silva, Brahim Konate, Qismət Alıyev (k), Ruan Renato, Davit Volkov, Anatoli Nuriyev (İsmayıl İbrahimli, 57), Eren Aydın (Leroy Mikels, 77), Quima, İssa Cibrilla, Anje Mutsinzi, Stefan Akka.

 Sarı vərəqələr: Hurtado, 82. Mikels, 87.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46