Tovuzluların müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Braziliya ilə yoldaşlıq görüşü keçirib.
Rio-de-Janeyroda baş tutan matç meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Roderik Miller oyuna 65-ci dəqiqədə, hesab artıq 1:5 olarkən daxil olub.
Panama yığması qarşıdakı günlərdə daha iki yoxlama oyunu keçirəcək. Komanda iyunun 4-də Dominikan Respublikası, iyunun 6-da isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.