“Turan Tovuz” yeni mövsümün hazırlıq planını açıqlayıb. Qurban Berdiyevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
Qardaş ölkədə iki həftə davam edəcək toplanışı iki mərhələdən ibarət olacaq. İyulun 4-də start götürəcək hazırlığın ilk mərhələsi Qızılcahamamda, ikinci hissəsi isə Boluda reallaşacaq.
Tovuz təmsilçisi Türkiyə toplanışı çərçivəsində 4 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Sınaq matçlarının tarixləri və rəqiblərin adları yaxın günlərdə bəlli olacaq.