Premyer Liqanın IV turunda “Sumqayıt”ı məğlub edən (2:1) “Turan-Tovuz” üçün bu matç tarixi məqamla yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Tovuz təmsilçisi ölkə çempionatında doğma meydanda 100-cü qolunu vurub. Yubiley topunun müəllifi Jorje Silva olub.
Bu uğur qərb təmsilçisinin azarkeşləri önündə keçirdiyi 73-cü qarşılaşmaya təsadüf edib. Bununla da “Turan-Tovuz” Premyer Liqa tarixində evdə 100 və ya daha çox qol vurmağı bacaran 24-cü komanda olub.
Tovuzlular çempionat çərçivəsində ilk ev qolunu 2022-ci il sentyabrın 9-da “Kəpəz”lə görüşdə (2:0) rəsmiləşdirmişdilər. Həmin topa Runi Eva imza atmışdı.