“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən Qərb derbisi dramatik sonluqla başa çatıb. “Turan Tovuz” doğma meydanda “Kəpəz”i son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində komandalar fərqlənə bilməyiblər. Hesab yalnız 72-ci dəqiqədə açılıb. Hayderson Hurtado Tovuz təmsilçisini önə çıxarıb.

Qoldan sonra hücuma atılan “Kəpəz” 84-cü dəqiqədə istəyinə çatıb. Şakir Seyidov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.

Matçın taleyini isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə Jo Batista həll edib. Braziliyalı futbolçu 90+1-ci dəqiqədə rəqib qapısına yol taparaq “Turan Tovuz”a əzmkar qələbə qazandırıb.

Beləliklə, Qurban Berdıyevin komandası çempionatda ardıcıl dördüncü qələbəsini əldə edib. Tovuzlular bu müddətdə “Sabah” (3:2) və “Qarabağ” (1:0) kimi iddialı rəqibləri də məğlub ediblər.

“Turan Tovuz” – “Kəpəz” 2:1 (0:0)

Qollar: Hurtado, 72 (1:0), Şakir Seyidov, 84-pen. (1:1), Jo Batista, 90+1 (2:1).

Baş hakim: İnqilab Məmmədov.

“Turan Tovuz”: Oleq Baklov, Roderik Miller, Stiv Besnar, Denis Marandiçi, Jo Batista, İbrahim Vaci, Roberto Olabe, Diogu Balau (Rəhim Sadıxov, 72), Faiq Hacıyev (Alehandro Serrano, 72), Filip Damyanoviç, Hayderson Hurtado (k).

Baş məşqçi: Qurban Berdıyev.

“Kəpəz”: Rojerio Santos, Urfan Abbasov (k), Namiq Ələskərov (Benito, 86), Şakir Seyidov, Kennet Kalunqa, David Domqjoni, Viktor Stıne (Azuma Abubakar, 86), Mahamadu Ba (Əli Səmədov, 68), Adama Foana, Mate Abuladze, Desmond Akva (Rafael Məmmədli, 90+4).

Baş məşqçi: Azər Məmmədov.

Sarı vərəqələr: Abuladze, Ba, Besnar, Batista.

Məkan: Tovuz. Şəhər stadionu.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46