Azərbaycan Premyer Liqasının təmsilçisi “Turan Tovuz” yeni sponsorluq əməkdaşlığını rəsmiləşdirib.
Tovuz klubu “PickEye Group” şirkəti ilə rəsmi müqavilə imzalayıb. İmzalanma mərasimindən öncə çıxış edən Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev sponsorluq anlaşmasının maliyyə dəyərinin 2 000 000 dollar təşkil etdiyini bildirib.