Trabzonda Salah coşğusu: Misirli ulduz 10 nömrəni geyinəcək

05.08.26 | 15:57
Dünya futbolu

“Trabzonspor”un yeni transferi Məhəmməd Salah yekun keçid prosedurlarını tamamlamaq üçün Türkiyəyə gəlib. Aeroportda coşğu ilə qarşılanan misirli hücumçunun azarkeşlərlə görüntüləri böyük marağa səbəb olub.

Türkiyəli tanınmış jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, 34 yaşlı ulduz “bordo-mavililər”lə 2 illik müqavilə imzalayacaq. Salahın İllik məvacibinin 17 milyon avro olacağı bildirilir.

Transferlə bağlı diqqətçəkən digər detal isə futbolçunun forma nömrəsi ilə bağlıdır. “Trabzonspor” rəhbərliyi ilk olaraq Salah üçün 11 nömrəli formanı hazırlasa da, misirli ulduz yığmada olduğu kimi 10 nömrə altında çıxış etmək istədiyini bildirib. Hazırda bu nömrəni daşıyan Ernest Muçi həmkarına jest edərək 10 nömrəni ona güzəştə gedib.

Qara dəniz təmsilçisi azarkeşlərini də unutmayıb. Klub rəhbərliyi daha əvvəl Məhəmməd Salahın adı ilə 11 nömrəli forma alan fanatlar üçün müraciət edəcəkləri təqdirdə formadakı nömrənin ödənişsiz olaraq 10-la əvəzlənəcəyini açıqlayıb.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28