İspaniya kimi qrupun digər favoriti Uruqvay da ilk oyunda xal itirdi. Cənubi Amerikalılar üstün oynasalar da, nəinki qol vura bilmədilər, hətta oyunun son 10 dəqiqəsinə kimi hesabda geri düşmüşdülər. Böyük üstünlük və yaranan imkanlardan istifadə etməmək az qala Uruqvaya baha başa gələcəkdi. Yalnız ərəblərin qapıçısının inamsız oyunu sayəsində Marselo Byelsanın komandası məğlubiyyətdən qaça bildi.
Dünya Kuboku, H qrupu, 1-ci tur
Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Mayami-Qardens, «Hard Rok» stadiounu. 62764 tamaşaçı.
Hakim: Maurisio Mariani (İtaliya)
Səud. Ərəbistanı: Əl-Uvais, Əbdülhamid (Lacami, 90+3), ət-Tambakti, Əl-Əmri, Əl-Hərbi (Əl-Hecci, 90+3), Əl-Şamat (Buşat, 81), Kanno, Əl-Haibari, S. Əl-Davsari, Əl-Cuvayr (N. Əl-Davsari, 63), Əl-Buraykan (Əl-Hamdan, 90+3).
Uruqvay: Muslera, Varela, Kasyeres, Oliveyra, Valverde, Vinya (Kannobio, 46), Uqarte (de la Krus, 72), Bentankur, Arauxo (Rodriqes, 81), Vinyas (Aqirre, 90), Nunyes (Sanabriya, 46).
Qollar: Əl-Əmri, 41 (1:0). Arauxo, 80 (1:1).
Sarı vərəqə: əl-Əmri, 44.