Şotlandiya millisi lazımi 3 xalı qazandı. Amma oyun baxımından şotlandlar yaxşı təsir bağlşlamadı. Haiti komandası rəqib önündə heç də aciz görünmürdü və hətta topa sahib olmada da şitlandlarla başa-baş yarışırdı. Lakin hücumların kəsəri məğlubiyyətdən qaçmaq üçün kifayət etmədi. Hazırki reqlamentlə şotlandlar qrupdan çıxmaq üçün şans əldə etdi. Amma Mərakeş və Braziliya ilə oyunlar onlar üçün asan olmayacaq.
C qrupu, 1-ci tur
Haiti – Şotlandiya 0:1
Foksboro. “Cillet Stadium”.
Hakim: Mustafa Qorbal (Əlcəzair).
Haiti: Plasid, Arkus, Ade, Delkrua, Eksperyens, Didson (Kazimir, 61), Jan Jak, Belqard, Prividians (Fortyune, 85), Pyerro, İzidor (Jozef, 76).
Şotlandiya: Qann, Xiki (Patterson, 75), Henli, Hendri, Robertson, Douk (Kristi, 75), Maktominey, Ferqyusson, Makginn (Kertis, 83), Şenklend (Makleyn, 83), Adams (Dayks, 75).
Qol: Makginn, 28.