UEFA Serbiya Futbol İttifaqını azarkeşlərin davranışına görə yenidən cəzalandırıb. Qərara əsasən, Serbiya millisi Millətlər Liqasının noyabrın 13-də Belqradda Almaniya yığmasına qarşı keçirəcəyi ev oyununda azarkeş dəstəyindən məhrum olacaq. Bundan əlavə, Serbiya Futbol İttifaqı üç Millətlər Liqası matçında baş verən insidentlərə görə ümumilikdə 129 500 avro cərimələnib.
Almaniya Futbol İttifaqı qərarı təsdiqləyib. Bildirilib ki, qonaq komandanın azarkeşləri və uşaqlar oyunu stadiondan izləyə biləcəklər. Belqrada təxminən 2000 alman azarkeşin gələcəyi gözlənilir. Uşaqların stadiona girişinin təşkili ilə bağlı əlavə məlumatın isə daha sonra açıqlanacağı bildirilib.