“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11
Ölkə futbolu

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” (Praqa) komandası ilə keçirəcəyi oyunun hakimlər briqadası müəyyənləşib. Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda saat 20:45-də başlayacaq qarşılaşmanı avstriyalı FIFA referisi Sebastian Qişamer idarə edəcək. Ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Valter Altmann dördüncü hakim, Alan Kiyas VAR, Yozef Spurni isə AVAR hakimi olacaq.

Zaltsburqlu Qişamer Azərbaycan futbolsevərlərinə tanışdır. O, ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” matçını da idarə edib. Həmin görüş Ağdam təmsilçisinin İngiltərə klubuna qarşı 2:2 hesablı sensasiyalı heç-heçəsi ilə yekunlaşıb.

1988-ci il oktyabrın 13-də anadan olan Qişamer 2019-cu ildən FİFA referisidir. O, “Qarabağ” – “Çelsi” matçı ilə Çempionlar Liqasının əsas mərhələsində debüt edib. “Sabah” – “Slaviya” görüşü avstriyalı hakim üçün turnirin bu mərhələsində ikinci təyinat olacaq.

Paylaş:

Xəbər Lenti

Pep Qvardiola “Etihad”a qayıdı

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonuna yekun vurulub

11.10.26 | 13:06

“Kür” APOEL-i yenidən darmadağın etməyə çalışacaq

11.10.26 | 13:35
11.10.26 | 12:35