UEFA Çempionlar Liqasının əsas mərhələsində yeni oyun həftəsinə start verilir. Oktyabrın 13-də futbol azarkeşlərini doqquz qarşılaşma gözləyir. Günün diqqət mərkəzində isə “Sabah”ın Çexiya çempionu “Slaviya” ilə sınağı olacaq. Bakı təmsilçisi doğma meydanda qələbə qazanaraq turnirdə ilk xallarını əldə etməyə çalışacaq.
Günün proqramında daha bir neçə maraqlı duel var. “Qalatasaray” doğma meydanda “Barselona”nı qəbul edəcək, Madrid “Atletiko”su “Mançester Yunayted”lə üz-üzə gələcək. “Arsenal” – “Lill”, “İnter” – “Brügge” və “Vilyarreal” – “Napoli” qarşılaşmaları da futbolsevərlərin diqqətini çəkir.
UEFA Cempionlar Liqası
Əsas mərhələ, 2-ci tur
13 oktyabr
| Saat | Qarşılaşma | Yayım |
| 20:45 | “Lans” (Fransa) – “Sportinq” (Portuqaliya) | CBC Sport |
| 20:45 | “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) | İctimai TV |
| 23:00 | “Arsenal” (İngiltərə) – “Lill” (Fransa) | — |
| 23:00 | “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) | İctimai TV |
| 23:00 | “İnter” (İtaliya) – “Brügge” (Belçika) | — |
| 23:00 | “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) | CBC Sport, TRT 1 |
| 23:00 | “Leyptsiq” (Almaniya) – PSV (Niderland) | — |
| 23:00 | “Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) | — |
| 23:00 | “Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) | — |