Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52
Ölkə futbolu

“Slaviya”nın müdafiəçisi Tomaş Vlçek Çempionlar Liqasında uzun müddətdir qələbə qazana bilməmələrinin komanda üçün əlavə motivasiya olduğunu bildirib. Çexiyalı futbolçu “Sabah”ın oyununu yüksək qiymətləndirib və Bakıdan qalibiyyətlə qayıtmaq istədiklərini vurğulayıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”la qarşılaşacaq “Slaviya”nın futbolçusu Tomaş Vlçek oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Çexiyalı müdafiəçi komandasının turnirdə uzun müddətdir qələbə qazana bilməməsi ilə bağlı suala cavabında bu amilin onlara təzyiq yaratmadığını deyib: “Təzyiq bizə mane olmur. ‘Lans’la Çempionlar Liqası matçından sonra yaxşı nəticələr göstərdik. Düşünürəm ki, həmin oyunda baş verənlər bizə müsbət təsir etdi. Komandamız Çempionlar Liqasında qələbə qazanmağa layiqdir”.

Vlçek komanda yoldaşlarının iddialı açıqlamalarının “Sabah”a əlavə motivasiya verməsi ehtimalını da şərh edib. O, uzunmüddətli qələbəsiz seriyanı qırmaq istəklərinin daha güclü olduğunu bildirib: “Uzun müddətdir Çempionlar Liqasında qalib gəlmirik. Bu, bizi motivasiya edir. Bakıdan qələbə ilə qayıtmaq istəyirik”.

“Slaviya”nın bukmekerlər və azarkeşlər tərəfindən matçın favoriti sayılmasına münasibət bildirən futbolçu isə rəqibin gücünü xüsusi vurğulayıb: “‘Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələlərində yaxşı çıxış etdilər. Rəqibimiz yüksək səviyyəli komanda hesab olunur. Mən də düşünürəm ki, çox yaxşı futbol oynayırlar. Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Bununla belə, oyuna var gücümüzlə hazırlaşmışıq”.

Paylaş:

Xəbər Lenti

Pep Qvardiola “Etihad”a qayıdı

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06

“Sabah”ın oyununa “Qarabağ” – “Çelsi” matçının hakimi təyin edildi

12.10.26 | 00:11

“Sabah” – “Slaviya” oyunu öncəsi baş məşqçilərin görüş vaxtı açıqlandı

11.10.26 | 14:37

Cüdoçularmız qarışıq komanda yarışında mübarizəni dayandırıb

11.10.26 | 14:59

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonuna yekun vurulub

11.10.26 | 13:06

“Kür” APOEL-i yenidən darmadağın etməyə çalışacaq

11.10.26 | 13:35
11.10.26 | 12:35