Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” və “Şamaxı” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama görüşlərində “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib, “Sumqayıt” (1:1), “Şəfa” (1:1) və “İmişli” (2:2) ilə heç-heçə oynayıb, Qətərin “Əl-Xaritiyat” klubuna isə 2:1 hesabı ilə qalib gəlib.
“Şamaxı” isə hazırlıq prosesi çərçivəsində “Kəpəz”lə qolsuz bərabərə qalıb (0:0), Qətərin “Əl-Xaritiyat” komandasını 3:0 hesabı ilə məğlub edib, “Sumqayıt”a isə 0:2 hesabı ilə uduzub.