Yay təlim-məşq toplanışını Qəbələdə davam etdirən “Şamaxı” klubu növbəti yoxlama matçına çıxıb. Qəbələ Şəhər Stadionunda Qətərin “Əl-Haritiyat” komandası ilə qarşılaşan “astronomlar” rəqibini darmadağın ediblər. Qarşılaşma “Şamaxı”nın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin qollarını Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov imza atıb.