Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandalarımızın heyəti müəyyənləşib.
Kişilərdən ibarət yığmaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunublar. Komandanın kapitanı funksiyasını isə Teymur Rəcəbov yerinə yetirəcək.
Qadınlardan ibarət milli komandada Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova mübarizə aparacaqlar. Yığmanın kapitanı Nicat Abasov olacaq. Qədir Hüseynov isə komandaya məşqçi kimi dəstək verəcək.
Hər iki milli komanda Olimpiada öncəsi təlim-məşq toplanışına qatılacaq. Şahmatçıların lövhələr üzrə sıralanması yarışın başlanmasına az qalmış açıqlanacaq.
Qeyd edək ki, 46-cı Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək Səmərqənddə keçiriləcək.