Sadıqov: “Məğlubiyyətimiz hamıya sərf edir, amma biz tarix yazmaq istəyirik”

12.05.26 | 22:16
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Sabah”la keçiriləcək həlledici matçdan öncə mətbuat konfransında iddialı və səmimi açıqlamalarla çıxış edib. Təcrübəli mütəxəssis komandasının yorğunluğundan, rəqibin üstünlüklərindən və finalın psixoloji tərəflərindən danışıb.

Sadıqov hazırlıq prosesinin qısalığından gileylənərək, təqvimin ağırlığını xüsusi vurğulayıb: “Bizi çox vacib oyun gözləyir. Yaxşı hazırlaşdığımızı düşünürəm, lakin vaxtımızın daha çox olmasını istərdim. Sabah son 40 gündə 9-cu oyunumuza çıxacağıq. Hər biri ağır keçib, gərginlik və yorğunluq var. Buna baxmayaraq, mövsümün ən yaxşı oyunlarından birini nümayiş etdirmək niyyətindəyik”.

Rəqibin gücünü yüksək qiymətləndirən baş məşqçi, “Sabah”ın daha rahat tərəf olduğunu qeyd edib: “Qarşımızda cəlbedici futbol oynayan, heyəti və məşqçi korpusu güclü olan ciddi rəqib var. Valdas Dambrauskas çox təcrübəli məşqçidir və onun aktivində 7 trofey var. “Sabah” son çempion olduğu üçün psixoloji cəhətdən daha rahat və özünəəmin olacaq. Bizim isə itirməyə daha çox şeyimiz var. Avrokuboklara gedən yol bəlkə də məhz bu finaldan keçir. Bu, bizim son şansımız ola bilər. Bu təzyiqi öz xeyrimizə çevirib, meydanda daha aqressiv olmalıyıq”.

Son çempionat matçının ağır şəraitdə keçməsi “qartallar”ın heyətinə ciddi təsir edib. Sadıqov əsas oyunçularından biri olan Hacıağa Hacılının durumuna aydınlıq gətirib: “Kubok yolunda qəribə hadisələrlə üzləşirik. Əvvəllər kubokda az oyun olmasından şikayət edirdim, bu il isə hər şey əksinə oldu. Qubada, yağışın və palçığın içində oynamaq əlavə yorğunluq yaratdı. Təəssüf ki, Hacıağa Hacılı məhz həmin oyunun fəsadı olaraq bu gün məşqdə zədələndi. Böyük ehtimalla sabah bizə kömək edə bilməyəcək. O, bizim üçün çox vacib oyunçudur”.

Finalın nəticəsinin digər klubların avrokubok taleyinə təsir etməsinə gəlincə, Rəşad Sadıqov buna peşəkar yanaşdığını bildirib: “Vəziyyət elə gətirib ki, bizim finalda uduzmağımız dörd kluba (“Neftçi”, “Qarabağ”, “Turan Tovuz”) sərf edir. Bu, futboldur, normal qarşılayıram. Onların yerində olsaydım, mən də “Sabah”ın qalib gəlməsini istəyərdim. Lakin bu amil bizə nə mənfi, nə də müsbət təsir edir. Biz klub tariximiz üçün bu oyunun nə qədər əhəmiyyətli olduğunu bilirik və tam olaraq öz hədəfimizə köklənmişik. Seriyaya hazırlaşmışıq. Hər şey ola bilər. Təbii ki, hər iki komanda məsələni 90 dəqiqədə bitirmək istəyir. Azarkeşləri möhtəşəm və baxımlı bir finalın gözlədiyinə inanıram”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46